Ukraynanın Ali Radası Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğunun müstəqilliyinin bərpası haqqında qanun qəbul edib
Ukraynanın Ali Radası Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğunun müstəqilliyinin bərpası haqqında qanun qəbul edib.
Yeni qanun layihəsini 331 deputat dəstəkləyib.
Həmçinin, təsdiq edilmiş sənədin imzalanması üçün prezidentə dərhal göndərilməsinə səs veriblər.
Belə ki, iyulun 22-də qəbul edilən və qeyd olunan iki qurumu müstəqillikdən məhrum edən və onları Baş Prokurorluğun tabeliyinə vermək məqsədi daşıyan qalmaqallı qanun layihəsi ləğv edilib.