Ukraynanın Ali Radası Denis Şmiqalı ikinci səsvermədə birinci vitse-baş nazir və energetika naziri təyin edib
Ukraynanın Ali Radası Denis Şmiqalı ikinci səsvermədə birinci vitse-baş nazir və energetika naziri təyin edib

 

Ukraynanın Ali Radası Denis Şmiqalı ikinci səsvermədə ölkənin birinci vitse-baş naziri və energetika naziri təyin edib.

Qərarı Radanın 248 deputatı dəstəkləyib, iki deputat əleyhinə olub, 20 deputat bitərəf qalıb və 33 nəfər səs vermədi.

Dünən, yanvarın 13-də səsvermə zamanı Ukraynanın Ali Radası Denis Şmiqalı Ukraynanın müdafiə naziri vəzifəsindən azad edib, lakin onun energetika naziri və birinci vitse-baş nazir təyin olunmasını yalnız 210 deputat dəstəklədi ki, bu da vəzifəyə təyinat üçün yetərli deyildi.

Bundan əvvəl isə Ukraynanın Ali Radası Mixail Fedorovun müdafiə naziri təyin olunmasını dəstəkləmişdi.