Ukraynalı şagirdlər Gürcüstan məktəblərinə asanlaşdırılmış qayda ilə qəbul olunacaqlar
Ukraynalı şagirdlər Gürcüstan məktəblərinə asanlaşdırılmış qayda ilə qəbul olunacaqlar

Gürcüstanın Təhsil və Elm naziri, Mixail Çxenkelinin qərarına əsasən, 2022-ci il fevralın 24-də Ukraynada baş vermiş hərbi əməliyyatlar nəticəsində ümumi təhsillərini Ukrayna məktəblərində davam etdirə bilməyən və təhsillərini Gürcüstanda davam etdirmək arzusunda olan şagirdlər Gürcüstan məktəblərinə asanlaşdırılmış qayda ilə qəbul olunacaqlar.

Təhsil Nazirliyindən verilən məlumata görə, tələbələr 24 fevral 2022-ci il tarixi durumu ilə Ukraynanın ümumi təhsil müəssisəsində oxuduqları sinfə daxil ola bilərlər.

“Gürcüstanda təhsilini davam etdirmək aruzusunda olanlar istədikləri məktəbə müraciət etməlidilər. Gürcüstan, digər ölkələr kimi, Ukraynadan gələn tələbələrə dövlət və özəl məktəblərdə həm dövlət, həm də digər dillərdə təhsil almağı təklif edəcək. Qeyd edək ki, mövcud qaydalara əsasən, təhsilini Gürcüstan məktəbində davam etdirmək arusunda olan əcnəbi vətəndaş, öz ölkəsində alınmış təhsilin etiraf olunması üçün, Gürcüstan Milli Keyfiyyətin İnkişaf Mərkəzinə müraciət etməli və müxtəlif növ sənədlər təqdim etməlidir. Təhsil və Elm nazirinin qərarına əsasən, tənzimləmə Ukraynadan gələn tələbələrə aid edilmir və onlar asanlaşdırılmış qaydada Gürcüstanda təhsillərini davam etdirə biləcəklər. Ətraflı məlumatı Gürcüstan Təhsil və Elm Nazirliyinin qaynar xəttindən əldə etmək olar: (995 32) 2 200 220”, – bəyanatda deyilir.