Ukraynalı kişi Polşadakı monastırda keşişlərə bıçaqla hücum edib, nəticədə onların biri həlak olub

17:31, 24.09.2026

 

Ukraynalı kişi Polşadakı monastırda keşişlərə bıçaqla hücum edib, nəticədə onların biri həlak olub. Hadisə Yaroslavdakı Benediktin rahibələrinin abbatlığında baş verib.

31 yaşlı kişi insanlara bıçaqla hücum edib, nəticədə üç keşiş və iki mülki şəxs, o cümlədən bir qadın yaralanıb. Sonradan din xadimlərindən biri xəstəxanada həyatını itirib. Yaralananlardan ikisinin vəziyyəti ağırdır. Polşa mediasının məlumatına əsasən, hücumçu polis tərəfindən saxlanılıb.

Hücum mənəvi inziva mərkəzində baş verib. Monastırın rahibələrindən birinin yerli mediaya açıqladığı kimi, hücumçu gənclərdən ibarət qrupun səfərindən sonra abbatlığın darvazasının açıq olmasından istifadə edərək binaya daxil olub. O, təsadüfi seçdiyi insanlara hücum çəkib.

Hələlik hücumçunun hansı motivlə hərəkət etdiyi məlum deyil.

Oxşar