Ukraynalı hərbçi - Donetsk bölgəsinin Pokrovsk şəhərində demək olar ki, bütün məhəllə və rayonlarda Rusiyanın fəallığı müşahidə edilir
Ukraynalı hərbçi - Donetsk bölgəsinin Pokrovsk şəhərində demək olar ki, bütün məhəllə və rayonlarda Rusiyanın fəallığı müşahidə edilir

 

Donetsk bölgəsinin Pokrovsk şəhərində demək olar ki, bütün məhəllə və rayonlarda Rusiyanın fəallığı müşahidə edilir – bu haqda 68-ci ayrı reyncerlər briqadasının hərbi qulluqçularından biri “Kiev 24” ilə söhbəti əsnasında deyib.

Ukraynalı hərbçi bildirib ki, rus əsgərlər hazırda şəhərə cənub və cənub-qərb istiqamətlərindən daxil olurlar və ən çox səyi cənub məhəllələrdə dayaq əldə etmək üçün sərf edirlər.

Hərbçi qeyd edir ki, vəziyyət həqiqətən qeyri-sabitdir və bəzi mövqelər dəyişə bilər. Onun qeyd etdiyi kimi, ruslar Ukrayna qüvvələrini tamamilə mühasirəyə almaq üçün iki tərəfdən hücum etməyə çalışırlar.