Ukraynalı deputat Liza İasko – Gürcüstan xalqı özünün və Mixail Saakaşvilinin gələcəyini qorumalıdır

18:42, 05.10.2021

 

“Düşünürəm ki, Gürcüstan həqiqətən xoşbəxt olmalıdır, çünki öz xalqı üçün çox şey edə biləcək Mixail Saakaşvili adlı bir insan var, bu çox məna kəsb edir” dedi Rustavi şəhərində 12-ci cəzaçəkmə müəssisəsində Mixeil Saakaşvili ilə görüşən zaman ukraynalı deputat Liza İasko.

O, Saakaşvilinin hazırda siyasi məhbus olduğunu bildirib və qeyd edib ki, gürcü xalqı həm özünün, həm də Saakaşvilinin gələcəyini qorumalıdır.

“Düşünürəm ki, Gürcüstan həqiqətən xoşbəxt olmalıdır, çünki öz xalqı üçün çox şey edə biləcək Mixail Saakaşvili adlı bir insan var, bu çox məna kəsb edir. Vətənini sevən bir insan kimi onunla qürur duyuram. Onu da demək istəyirəm ki, bu, qazanmaq üçün lazım olan böyük bir mübarizədir. Gələcək üçün mübarizə aparın və çox istəyirəm ki, Saakaşvili tezliklə azadlığa çıxsın. Hazırda siyasi məhbusdur və bu qəbuledilməzdir. Bu, prezidentinizin başına gələn çox pis bir hadisədir. Bunun üçün mübarizə lazımdır. Bu gürcü xalqına aiddir. Siz Mixail Saakaşvilinin gələcəyini qorumalısınız, çünki o, böyük ürəklə böyük dəyişikliklər edə bilər, Ukraynada bunu yüksək qiymətləndiririk. Biz Ukraynada Gürcüstanda belə bir prezidentin olmasına həsəd aparırıq. O da ukraynalı siyasətçidir və onu burada qorumağınızı çox istəyirik. Düşünürəm ki, bu, hələlik kifayətdir “dedi Liza İasko.

Liza İasko cəzaçəkmə müəssisəsinə Ukrayna konsulluğunun nümayəndələri ilə birlikdə gəlib.

Oxşar