Ukraynadan Rusiyaya məcburi deportasiya edilən uşaqlar valideynlərinə qayıtdılar

12:29, 09.04.2023

Rusiyaya məcburi deportasiya edilən 31 Ukraynalı uşaq valideynlərinə qayıtdı. Uşaqların qaytarılması “Ukraynanı xilas et” xeyriyyə təşkilatının təşkilatçılığı ilə mümkün oldu. Onları Rusiyadan Belarusu keçərək Ukraynaya apardılar. Sağ qalan bir uşaq danışır ki, onlara “heyvan kimi” rəftar edirdirlər və deyirdilər ki, valideynləri onları daha istəmirlər.

Müharibə başlayandan bəri, işğalçı qüvvələr Ukraynadan 16 mindən çox uşağı zorla Rusiyaya apardılar.

Ötən ay Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti, Vladimir Putinin uşaqların qeyri-qanuni deportasiyası və müharibə cinayətlərinə görə, həbs olunmasına order verdi.

Oxşar