Ukraynadakı hərbi əməliyyatlara görə Gürcüstana gələn Ukrayna vətəndaşları və Ukraynada daimi yaşamaq hüququ olan şəxslər üçün yardım oktyabradək uzadıldı

17:58, 24.07.2026

 

Ukraynada davam edən hərbi əməliyyatlara görə Gürcüstana gələn Ukrayna vətəndaşları və Ukraynada daimi yaşamaq hüququ olan şəxslər üçün ailəyə 300 lari, adambaşına isə 45 lari məbləğində yardım 2026-cı ilin oktyabrın 1-dək uzadıldı.

Gürcüstan hökuməti müvafiq sərəncam verib. Sərəncamı baş nazir İrakli Kobaxidze imzalayır. Maliyyələşmənin verilməsini Sosial Xidmətlər Agentliyi təmin edir.

Gürcüstan ərazisini tərk edən şəxsə 45 lari növbəti aydan etibarən verilməyəcək. Eyni bəndlə yaşayış şəraitinin yaradılması üçün nəzərdə tutulan 300 lari məbləğində maliyyələşmə, bütün üzvləri Gürcüstan ərazisini tərk edəcəyi təqdirdə həmçinin növbəti aydan etibarən ailə üçün dayandırılacaq.

Məlumatı Gürcüstan hökuməti yayır.

Oxşar