Ukraynada sülh deyil, müvəqqəti barışıq, işğal olunmuş Ukrayna əraziləri məsələsinin 49 və ya 99 il təxirə salınması, sanksiyaların əksəriyyətinin ləğv edilməsi - Media Putinə təqdim olunacaq təklifləri dərc edir
Ukraynada sülh deyil, müvəqqəti barışıq, işğal olunmuş Ukrayna əraziləri məsələsinin 49 və ya 99 il təxirə salınması, sanksiyaların əksəriyyətinin ləğv edilməsi - Media Putinə təqdim olunacaq təklifləri dərc edir

 

Polşa mediası ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni bitirmək üçün Rusiya Prezidenti Vladimer Putinə təqdim edəcəyi təklifləri dərc edir.

Polşa mediası “Onet”in məlumatına əsasən, Moskva kifayət qədər əlverişli təkliflər alacaq. Mənbə bu təklifin avropalı liderlər ilə də razılaşdırıldığını deyib.

Onların məlumatına əsasən, bunlara daxildir: Ukraynada sülh deyil, müvəqqəti barışıq, Rusiya tərəfindən işğal olunmuş Ukrayna əraziləri məsələsinin 49 və ya 99 il təxirə salınması, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əksəriyyətinin ləğv edilməsi və uzunmüddətli dövrdə Moskva ilə enerji sahəsində əməkdaşlığın bərpası.

Bununla yanaşı, Polşa mediası yazır ki, təkliflər paketi NATO-nun gələcəkdə genişlənməyəcəyinə dair Moskvanın çoxdan tələb etdiyi təminatları ehtiva etmir. Həmçinin, Rusiyaya Ukraynaya hərbi dəstəyin dayandırılacağını vəd etməyəcəklər.

Yayılmış məlumatlara əsasən, bu son bənd Rusiya üçün məqbuldur.

Məlumat üçün bildirək ki, avqustun 7-də Kremldə yaxın günlərdə Rusiya və ABŞ liderlərinin görüşünün keçiriləcəyini bildiriblər. Bundan əvvəl Donald Tramp onun, Vladimer Putin və Ukrayna Prezidentinin görüş ehtimalının olduğunu bildirmişdi.