Ukraynada son 24 saat ərzində koronavirusun 6 451 yeni halı aşkar edildi, 93 pasiyent vəfat etdi
Ukraynada son 24 saat ərzində koronavirusun 6 451 halı aşkar edildi, 93 pasiyent vəfat etdi.
Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Son 24 saat ərzində ölkədə koronavirusdan 5 154 pasiyent müalicə olunaraq sağaldı.
Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 900 666 halı təsdiq olunub, 15 247 pasiyent vəfat edib, 506 718 insan müalicə olunaraq sağalıb.