Ukraynada son 24 saat ərzində koronavirusun 1 112 halı aşkar edildi
Ukraynada son 24 saat ərzində koronavirusun 1 112 halı aşkar edildi. Bu barədə məlumatı Ukrayna Səhiyyə Nazirliyi yayır.
Cəmi Ukraynada epidemiyanın başlamasından bu günə qədər 72 168 hal qeydə alınıb, 39 543 insan müalicə olunaraq sağalıb, 1 725 pasiyent vəfat edib.
Koronavirusun ən çox halı Lvov, Kiyev və Rovnoda aşkar edilib.