Ukraynada son 24 saat ərzində koronavirusdan 57 pasiyent vəfat etdi
Ukraynada son 24 saat ərzində koronavirusun 2 411 halı aşkar edildi. Bu barədə məlumatı Ukrayna Səhiyyə Nazirliyinə istinad edərək yerli media yayır. Nazirliyin məlumatına görə, son bir gün ərzində 57 pasiyent vəfat etdi və 940 pasiyent müalicə olunaraq sağaldı.
Koronavirusun ən çox halı Kiyevdə, xarkovda, Odessada, Lvovda və Ternopolda aşkar edildi.
Rəsmi göstəricilərlə, cəmi Ukraynada epidemiyanın başlamasından bu günə qədər koronavirusun 140 479 halı qeydə alınıb, 2 934 pasiyent vəfat edib.