Ukraynada sabiq müdafiə naziri Mixaylo Fedorova dəstək aksiyaları davam edir, aksiya iştirakçıları Aleksandr Sirskinin vəzifəsindən istefaya göndərilməsini tələb edirlər

16:20, 21.07.2026

 

Kiyev və Ukraynanın digər şəhərlərində beşinci gündür sabiq müdafiə naziri Mixaylo Fedorova dəstək aksiyaları davam edir. Bu haqda məlumatı Ukrayna mediası yayır.

Medianın məlumatına əsasən, ukraynalılar ardıcıl beşinci gündür Fedorovun vəzifəsindən istefaya göndərilməsinə etiraz edir və Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sirskinin vəzifəsindən istefaya göndərilməsini tələb edirlər.

Yayılan məlumata əsasən, etiraz Ukrayna paytaxtının hüdudlarını aşaraq Nikolayev, Xarkov, İvano-Frankovsk, Lvov, Odessa, Çerkasi, Lutsk, Poltava və digər şəhərləri də əhatə edib.

Xatırladaq ki, Mixaylo Fedorov iyulun 15-də sosial şəbəkədə müdafiə naziri vəzifəsindən istefa verdiyini yazmışdı. Daha sonra o, mediaya açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sirski ilə münaqişəsinin olduğu barədə məlumatı təsdiqləmişdi.

Oxşar