Ukraynada rusiyayönlü separatçılar tərəfindən yaxalanan Britaniya vətəndaşı vəfat etdi
Ukraynada rusiyayönlü separatçılar tərəfindən yaxalanan Britaniya vətəndaşı vəfat etdi

Ukraynada rusiyayönlü separatçılar tərəfindən yaxalanan Britaniya vətəndaşı, Pol Ari vəfat etdi. Məlumatı “BBC” yayır.

Yaxalananın ailəsinə yardım göstərən “Presidium Network” təşkilatının məlumatına görə, Böyük Britaniya Xarici İşlər Nazirliyi Pol Arinin ailəsi ilə əlaqə saxladı.

45 yaşlı Britaniyalı Pol Ari aprel ayında qondarma Donetsk Xalq Respublikasında həbs edildi və döyüş əməliyyatlarında kirayələnmiş döyüşçü kimi iştirak etməkdə ittiham edildi.

Bununla yanaşı, “Skay Nyus” yazır ki, qondarma Donetsk Xalq Respublikasının üzdəniraq xalq müdafiəçisi, Daria Morozova sosial şəbəkədə yazfı ki, Polda şəkərli diabet, həmçinin tənəffüs, böyrək və ürək-damar sistemlərində problemlər var idi.