Ukraynada Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı verməyə hazırlaşdığı barədə bəyanatını cəfəngiyyat adlandırırlar
Ukraynada Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı verməyə hazırlaşdığı barədə bəyanatını cəfəngiyyat adlandırırlar

 

Ukrayna hakimiyyəti Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı verməyə hazırlaşdığı barədə bəyanatını cəfəngiyyat adlandırır.

“Təsirli yalan tarixçəsi ilə tanınan rus rəsmiləri yenidən köhnə “çirkli bomba” cəfəngiyyatını uydurmağa çalışırlar. Beynəlxalq ictimaiyyəti Rusiyanın “çirkli informasiya bombalarını” rədd etməyə və qınamağa çağırırıq” – Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Qeorqi Tixi bildirib.

Məlumat üçün bildirək ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətində Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı verməyə hazırlaşdığını bəyan ediblər. Onların sözlərinə əsasən, London və Paris Kiyevə nüvə silahı verilməsini gizlətmək və Kiyevin onu özünün yaratdığını bəyan etmək istəyirlər. Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev bildirib ki, əgər Fransa və Böyük Britaniya Ukraynaya nüvə silahı verərsə, Rusiya London və Parisə nüvə zərbəsi endirəcək. Onun sözlərinə əsasən, Rusiya, lazım gələrsə, nüvə silahını onu verən ölkələrə qarşı da istifadə edəcək, çünki onlar münaqişənin tərəflərinə çevriləcəklər.
Böyük Britaniya hakimiyyəti Rusiyanın ittihamını yalan adlandırıb.