Ukraynada rus hərbçilərin Donetsk vilayətinin Toretsk şəhərində irəlilədiyini bildirirlər

16:52, 15.10.2024

 
Rus hərbçilər Donetsk vilayətinin Toretsk şəhərində irəliləyiblər, şəhərdə rayonlar dağıdılıb. Bu haqda “Luqansk” operativ-taktiki qrupunun mətbuat katibi Anastasia Bobovnikova Ukrayna telemarafonunun efirində deyib.

“Bu gün “DeepState” düşmənin Toretskdə irəlilədiyini göstərən xəritəni yenilədi. Təəssüf ki, bunun belə olduğunu etiraf etməliyik. Düşmən taktikadan istifadə edir: artilleriya, şəhəri məhv edirik, rayonları məhv edirik. Toretskdə bütöv rayonlar artıq yoxdur” – Bobovnikova bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna kəşfiyyatının məlumatına əsasən, qarşı tərəf Donetsk vilayətində quru hava şəraitindən istifadə etməyə çalışır, şaxtadan əvvəl öz məqsədlərinə nail olmaq üçün artilleriya və dronlardan aktiv şəkildə istifadə edir.

Oxşar