Ukraynada müharibəsi ilə bağlı Macarıstan hökumətinin sülh tərəfdarı videoçarxında Krım yarımadası Rusiya tərkibindədir
Ukraynada müharibəsi ilə bağlı Macarıstan hökumətinin sülh tərəfdarı videoçarxında Krım yarımadası Rusiya tərkibindədir.
“On minlərlə uşaq yetim qaldı, yüz minlərlə ev dağıdıldı, on milyondan çox insan öz evlərini tərk etmək məcburiyyətində qaldı, lakin müharibə davam edir və asanlıqla qloballaşa bilər. Yalnız atəşkəs dağıntılara son verə bilər, yalnız sülh danışıqları insanların həyatını xilas edə bilər. Sülhün vaxtıdır”, – videoçarxda qeyd olunur.
Bu sözləri köçkün uşaq və qadınların adsız videoları, tanklar və Krım ərazisi daxil olmayan Ukrayna xəritəsi müşayiət edir.
Rəsmi olaraq Macarıstan da, dünya ölkələrinin böyük əksəriyyəti kimi, Krımın qanunsuz aneksiyasını tanımır.