Ukraynada mediada və ictimai yerlərdə rus musiqisini qadağan edən qanunu qəbul etdilər
Ukraynada mediada və ictimai yerlərdə rus musiqisini qadağan edən qanunu qəbul etdilər

Ukrayna Ali Radası səs çoxluğu ilə rus musiqisinin ictimai yerlərdə ifasını, eləcə də mediada və nəqliyyatda translasiyasını qadağan edən qanun layihəsini qəbul etdi.

Qanun 1991-ci ildən Rusiya vətəndaşlığı olan və ya indi də vətəndaşı olan sənətçilərin musiqi əsərlərinin, o cümlədən kliplərin ictimai ifası və yayımını qadağan edir.

Bu normanın pozulması halında teleradio şirkətləri lisenziya haqqının 10 faizi məbləğində cərimə olunacaqlar.

Qanun Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyənlərə təsir etməyəcək. İstisnalar siyahısına, o cümlədən Ukraynada qastrol səfərlərinə daxil olmaq üçün qanun layihəsi sənət adamlarını və ya onların nümayəndələrini müəyyən edilmiş formada Ukrayna Təhlükəsizlik Xidmətinə müvafiq ərizə təqdim etməyə məcbur edir.

Bəyanatla yanaşı, musiqi sahəsinin nümayəndələri təcavüzü pisləyən və müharibəni dərhal dayandırma barəsində bəyannamə imzalamalıdırlar.