Ukraynada koronavirusun 5 990 yeni halı aşkar edildi, 116 insan vəfat etdi
Son 24 saat ərzində koronavirusun 5 990 halı aşkar edildi, 116 pasiyent vəfat etdi.
Müvafiq göstəriciləri Ukrayna mediası Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Son 24 saat ərzində ölkədə koronavirusdan 8 777 pasiyent müalicə olunaraq sağaldı.
Pandemiyanın başlamasından bu günə qədər, Ukraynada koronavirusun 1 160 682 halı təsdiq olunub, 20 802 pasiyent vəfat edib, 865 960 insan müalicə olunaraq sağalıb.
Ukraynada 8 yanvardan 25 yanvaradək sərt karantin elan edilib.