Ukraynada koronavirus nəticəsində vəfat edənlərin sayı mini aşdı. Səhiyyə Nazirliyinin veb səhifəsində dərc olunan göstəricilərdə qeyd olunub ki, epidemiyanın başlamasından bu günə qədər virus nəticəsində Ukraynada 1 002 insan vəfat edib.
Ukraynada “COVID-19” cəmi 36 560 insanda təsdiq olundu. 735 yoluxma halı son 24 saat ərzində aşkar edildi. Son bir gün ərzində səkkiz insan vəfat etdi.