Ukraynada, İzum rayonunda rus əsgərlərinin dinc sakinlərlə dolu avtobuslara atəşə açması nəticəsində 7 nəfər həlak oldu
Ukraynada, İzum rayonunda rus əsgərlərinin dinc sakinlərlə dolu avtobuslara atəşə açması nəticəsində 7 nəfər həlak oldu

Ukraynada, İzum rayonunda rus əsgərlərinin dinc sakinlərlə dolu avtobuslara atəşə açması nəticəsində yeddi nəfər həlak oldu. 27 mülki vətəndaş xəsarət aldı. Hadisə Borovaya yaxınlığında baş verdi.

Müvafiq məlumatı Xarkov Rayon Prokurorluğuna əsaslanaraq Ukraynanın İctimai Yayımçısı yayır.

Ukrayna mətbuatının yazdığına görə, Borovaya qəsəbəsi hazırda müvəqqəti olaraq Rusiya tərəfindən işğal olunub və Ukrayna hüquqmühafizə orqanları hazırda insidentin baş vermə şəraitini və avtobusların marşrutunu öyrənirlər.