Ukraynada helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18-ə qədər artdı, burada üçü uşaqdır

13:18, 18.01.2023

Ukraynanın Brovar şəhərində helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18-ə qədər artdı, burada üçü uşaqdır. 26 nəfər xəsarət alıb, buradan 12-i uşaqdır. Müvafiq məlumatı Ukrayna mediası Daxili İşlər Nazirliyinə istinadən yayır.

Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinə məxsus helikopter Brovarda uşaq bağçası və yaşayış evinin yaxınlığında qəzaya uğradı. Qəza nəticəsində Nazirliyin rəhbərliyi – Daxili İşlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Enin və Nazirliyin dövlət katibi Yuri Lubkoviç həlak oldu.

Hadisə yerində fövqəladə hallar xidmətləri işləyir.

Oxşar