Ukraynada həlak olan iki gürcü döyüşçüsünü, David Menabdişvili və Nika Şanavanı vətənə uğratdılar.
Həlak olan döyüşçülərin xatirəsini yad etmək üçün sıravi vətəndaşlar Tbilisi Beynəlxalq Aeroportuna toplaşdılar. Vətəndaşlar uğramağı diz çökmüş və şamlarla, Gürcüstan və Ukrayna bayraqları ilə qarşıladılar. David Menabdişvili və Nika Şanavanı aeroportdan Gürcüstan və Ukrayna himnləri fonunda uğratdılar.
Gürcü döyüşçüləri, David Menabdişvili və Nika Şanava 9 apreldə Xarkovun İzum şəhəri yaxınlığında toqquşma zamanı həlak oldular.
Ukraynada bu vaxta qədər altı gürcü döyüşçüsü həlak olub. Giya Beriaşvili və David Ratianini vətənə 24 martda uğratdılar. Onlar 18 martda Kiyev yaxınlığında, İrpen şəhərində toqquşma zamanı həlak oldular. 31 martdavətənə Ukraynada həlak olmuş döyüşçü, David Qobecişvilini uğratdılar. O, 26 martda, İrpendə toqquşma zamanı həlak oldu.
Martın 19-da Mariupolda həlak digər gürcü döyüşçüsü, Baxva Çikobavanın uğranmasına gəldikdə, yerdəki çətin vəziyyətə görə hələlik mümkün olmur.







