Ukraynada həlak olan gürcü döyüşçüsü, David Menabdişvili hərbi şərəflə dəfn edildi
Ukraynada həlak olan gürcü döyüşçüsü, David Menabdişvili hərbi şərəflə dəfn edildi

Ukraynada həlak olan gürcü döyüşçüsü, David Menabdişvili hərbi şərəflə dəfn edildi.

David Menabdişvilinin mülki dəfn mərasimi Rustavi Sioni Məbədində keçirildi.

Həlak olan gürcü döyüşçünün xatirəsi ailə üzvləri ilə birlikdə ictimaiyyət nümayəndələri və siyasətçilər tərəfindən ehtiramla yad edildi.

Gürcü döyüşçüləri, David Menabdişvili və Nika Şanava 9 apreldə Xarkovun İzum şəhəri yaxınlığında toqquşma zamanı həlak oldular. David Menabdişvili və Nika Şanavanı vətənə 15 apreldə uğratdılar. Vətəndaşlar uğramağı diz çökmüş və şamlarla, Gürcüstan və Ukrayna bayraqları ilə qarşıladılar. David Menabdişvili və Nika Şanavanı aeroportdan Gürcüstan və Ukrayna himnləri fonunda uğratdılar.

Nika Şanava sabah hərbi şərəflə dədə-baba məzarlığında dəfn olunacaq.

Ukraynada bu vaxta qədər altı gürcü döyüşçüsü həlak olub. Giya Beriaşvili və David Ratianini vətənə 24 martda uğratdılar. Onlar 18 martda Kiyev yaxınlığında, İrpen şəhərində toqquşma zamanı həlak oldular. 31 martdavətənə Ukraynada həlak olmuş döyüşçü, David Qobecişvilini uğratdılar. O, 26 martda, İrpendə toqquşma zamanı həlak oldu.

Martın 19-da Mariupolda həlak digər gürcü döyüşçüsü, Baxva Çikobavanın uğranmasına gəldikdə, yerdəki çətin vəziyyətə görə hələlik mümkün olmur.