Ukraynada Gürcüstanın səfkiri - təəssülər, məlumatımız var ki, Ukraynada üç gürcü həlak oldu

Ukraynada üç gürcü döyüşçüsü həlak oldu, – bu barədə Gürcüstanın Ukraynadakı səfiri, Giorgi Zakaraşvili Gürcüstanın Birinci Kanalına telefon danışığı zamanı bəyan etdi.

Sosial şəbəkədə ilkin olaraq bir döyüşçünün həlak olması, birinin isə yaralanması ilə bağlı məlumat bu gün yayıldı, bu barədə də məlumatı Gürcüstanın Ukraynadakı Səfirliyindən Birinci Kanala təsdiqlədilər. Bununla yanaşı, daha iki döyüçünün ölümü ilə bağlı məlumat sonradan məlum oldu. Gürcüstanın Ukraynadakı səfiri, Giorgi Zakaraşvilinin sözlərinə görə, onların harada və hansı şəraitdə həlak olduğu hələlik məlum deyil.

“Təəssüflər olsun məlumat gəldi ki, üş həlak olmuş gürcü var, onlardan biri həqiqətən Gürcüstan vətəndaşıdır, ikisi barəsində məlumatı yoxlayırıq. Onların harada və hansı şəraitdə həlak olduğunu hələlik deyə bilmirəm. Az sonra məncə daha artıq mılumatımız olacaq. Biri yaralanıb. Bildiyim qədər həyatı təhlükədə deyil”, -Giorgi Zakaraşvili bəyan etdi.