Ukraynada daha iki gürcü döyüşçüsü həlak oldu

11:33, 22.10.2022

Ukraynada daha iki gürcü döyüşçüsü həlak oldu. Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri, Giorgi Zakaraşvili Gürcüstanın Birinci Kanalına bu məlumatı təsdiqlədi.

Səfirin məlumatına görə, həlak olan döyüşçülər Mixeil Ğaplanişvili və Aleksandre Martiaşvilidir.

Zakaraşvilinin açıqlamasına görə, Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynada həlak olan gürcülərin vətənə qaytarılmasını təmin etmək üçün bütün lazımi tədbirləri görəcək.

Xatırladaq ki, Ukraynada müharibənin başlamasından sonra 22 döyüşçüsü həlak olub.

Oxşar