Ukraynada BMT-nin humanitar yardım karvanına rus dronları ilə hücum edilib
Ukraynada BMT-nin humanitar yardım karvanına rus dronları ilə hücum həyata keçirilib.
Ukraynadakı BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, hadisə Ukraynanın cənubunda, cəbhə xəttinə yaxın ərazidə baş verib.
Ofisin koordinatoru Matiyas Şmale Rusiyanın hücumunu qınayıb və bildirib ki, dronlar Dünya Ərzaq Proqramına (WFP) məxsus iki yük maşınına zərbə endirib və texnikanı zədələyib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Şmale əlavə edib ki, bu cür hücumlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu, müharibə cinayəti kimi qiymətləndirilə bilər.