Ukraynada "Bayraktar" PUA-nın istehsalı üçün zavodun tikintisinə başlanılıb
Ukraynada "Bayraktar" PUA-nın istehsalı üçün zavodun tikintisinə başlanılıb

 

Ukraynada “Bayraktar” PUA-nın istehsalı üçün zavodun tikintisinə başlanılıb- bu barədə strateji sənaye məsələləri üzrə dövlət naziri Aleksandr Kamişin Ukrayna mediasının efirində açıqlayıb.

O, tikinti prosesinin iki il ərzində davam edəcəyini və bundan sonra da müəssisədə “Bayraktar TB2” pilotsuz qırıcı təyyarələrinin yığılacağını bildirib.

Kamişin “AKINCI” və “KIZILELMA ” modellərinin də həmçinin istehsal olunacağını, onların bir hissəsinin Ukrayna mühərrikləri ilə təchiz ediləcəyini qeyd edib.