Ukraynada ABŞ-ın səfiri bəyan edir ki, ABŞ Ukraynaya hərbi cinayətlərin istintaqında yardım edəcək
Ukraynada ABŞ-ın səfiri bəyan edir ki, ABŞ Ukraynaya hərbi cinayətlərin istintaqında yardım edəcək

ABŞ Ukraynaya hərbi cinayətlərin istintaqında yardım edəcək. Bu barədə Ukraynada ABŞ-ın səfiri, Bricit Brink bəyan etdi.

Bir neçə gün əvvəl vəzifəsinin icrasına başlayan Amerikalı diplomat Ukraynanın baş prokuroru İrina Venediktova ilə birlikdə, bu gün Kiyev vilayətinin bir müddətdir Rusiya qüvvələri tərəfindən işğal olunmuş Borodyanka şəhərinə səfər etdi.

“Düşünürəm ki, bu dəhşətli vəhşiliklərin şahidi olmaq həqiqətən vacibdir. Bu gün bura gəlişim ədalətin və hesabatlılığın təmin edilməsinə kömək etmək üçün qəti qərarımı yalnız gücləndirdi”, – ABŞ səfiri bəyan etdi.

Bridget Brinkin dediyinə görə, Ukraynadakı müharibə səbəbindən hərbi cinayətlərinin araşdırılması dayandırılmamalıdır, çünki onun dediyinə görə, “insanlar ədalətə layiqdirlər və ədalətə indi layiqdirlər”.