Ukrayna Yunanıstanı xəbərdar edib ki, açıq dənizdə istənilən Rusiya gəmisi yenə də onların hədəfi olacaq

14:08, 09.07.2026

Ukrayna Yunanıstanı xəbərdar edib ki, açıq dənizdə istənilən Rusiya gəmisini yenə də hədəf hesab edəcək. Bu barədə EURACTIV yazır. Buna səbəb Yunanıstanın Lefkada adası yaxınlığında Ukraynaya məxsus dəniz pilotsuz aparatının aşkar edilməsi olub.

Yunanıstan tərəfinin məlumatına görə, ehtimal olunan hədəf Aralıq dənizində hərəkət edən Rusiya tankeri olub. Lakin pilotsuz aparat texniki nasazlıq səbəbindən sıradan çıxaraq dənizə düşüb. Bu hadisə Yunanıstanın narazılığına səbəb olub. Afina Ukraynadan rəsmi üzr və belə halların təkrarlanmayacağına dair zəmanət tələb edib. Yunanıstan Aralıq dənizinin müharibə zonasına çevrilməsini istəmədiyini bildirib.

Ukrayna hadisə ilə bağlı rəsmi üzr istəyib. Lakin yayılan məlumata görə, qeyri-rəsmi şəkildə bildirib ki, özünü müdafiə baxımından zəruri hesab edərsə, Rusiya gəmilərinə qarşı hücumlardan imtina etmək niyyətində deyil.

Ukrayna həmçinin qeyd edib ki, 1996-cı il Ukrayna–Yunanıstan Dostluq Müqaviləsinə əsasən, bu kimi məsələlərlə bağlı əvvəlcə məsləhətləşmələr aparılmalı idi. Ukrayna tərəfinin fikrincə, Yunanıstan bunu etməyib və məsələ mediada həddindən artıq siyasiləşdirilib.

Oxşar