Ukrayna Xarici Kəşfiyyatının keçmiş rəhbəri – Rusiyanın 55 mindən çox ölüsü, 60 mindən çox yaralısı var, Rusiya real itkilərini gizlədir

14:13, 22.09.2022

Ukrayna Xarici Kəşfiyyatının keçmiş rəhbəri, ordu generalı, Nikolay Malomuj Rusiya ordusunun Ukrayna ilə müharibədə real itkiləri barədə məlumat yayır.

Onun sözlərinə görə, “Rusiyanın 55 mindən çox ölüsü və 60 mindən çox yaralısı var, yalnız 10 faizi işə qayıda biləcək, 90 faizi ayaqları və qollarsızdır, ciddi xəsarətlərlə”.

Ukraynalı general deyir ki, Rusiya real itkilərini gizlədir.

Bununla yanaşı, Nikolay Malomujun bəyan etdiyinə görə, Rusiya Federasiyasında prezident Vladimir Putinin elan etdiyi qismən səfərbərlik aqoniyadır.

“İstənilən halda hücuma məruz qalacağımızı dedik, çünki Putin müharibəyə başlamaqla əslində Pandoranın qutusunu açdı və işğalçının məhv edilməsinə və təbii ki, uzunmüddətli perspektivdə rejimin devrilməsinə şərait yaratdı. Rusiyanın rezervləri yox idi. Putin gördü ki, yaxın aylarda Ukraynanın tam azad edilməsi və Rusiya Federasiyasının tam məğlubiyyəti baş verə bilər. İndi o, hələ heç nə başlamadığını göstərməyə çalışır, ancaq çox güclü qələbə perspektivi verəcək ehtiyatlar, yüksək dəqiqlikli texnika, silah və sursat yoxdur”, – Nikolay Malomuj bəyan etdi.

Oxşar