Ukrayna Xarici İşlər Nazirliyi Volodimir Zelenski və Donald Trampın görüşünə hazırlıq işlərinin getdiyini təsdiqləyir
Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Qeorqi Tixi Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Trampın görüşünün hazırlanması istiqamətində iş aparıldığını təsdiqləyib.
Onun sözlərinə əsasən, prezidentlərin görüşündən başqa, bir çox digər tədbirlər, o cümlədən ABŞ Konqresinin, biznes dairələrinin və Birləşmiş Ştatlarda yaşayan Ukrayna icmasının nümayəndələri ilə görüşlər də planlaşdırılır.
“Hazırda komandalar həqiqətən də bu görüşün maksimal olaraq məzmunlu olması üçün Ukrayna və ABŞ prezidentləri arasında görüş imkanı və onun mahiyyəti üzərində işləyirlər” – Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli debatları başlayacaq. Buna qədər isə Volodimir Zelenskinin sentyabrın ikinci yarısında Trampla görüşməyə ümid etdiyi barədə məlumat yayılırdı. Ukrayna Prezidentinin bəyan etdiyi üzrə, o, Amerika nümayəndə heyəti ilə görüşdə energetika və ərzaq təhlükəsizliyi məsələlərini qaldıracaq.