Ukrayna Xarici İşlər Nazirliyi – Bizim prinsipial mövqeyimiz Gürcüstanın daxili işlərinə qarışmamaqdır
Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın müvəqqəti nümayəndəsi Sandro Topurianın çağırılması ilə bağlı rəsmi şərh yayıb.
“Oktyabrın 2 -də Gürcüstanın Ukraynadakı müvəqqəti müşaviri Sandro Topuria Xarici İşlər Nazirliyinə çağırıldı. Diplomat, Saakaşvilinin Ukraynada saxlanmasının şərtləri, Gürcüstan Cinayət Məcəlləsinə əsasən ittiham olunduğu maddələr haqqında bizə məlumat verdi.
Ukrayna tərəfi, Saakaşvilinin qanuni hüquqlarının tam şəkildə qorunmasının zəruriliyini vurğulayaraq, Ukrayna konsulunun onunla hüquqi və konsulluq yardımı almasına icazə verilməsi üçün Gürcüstan tərəfinə müraciət etdi.
Xarici İşlər Nazirliyi Ukraynanın Gürcüstanın daxili işlərinə qarışmamaqla bağlı prinsipial mövqeyini bir daha təsdiqlədi”, – deyə Ukrayna Xarici İşlər Nazirliyi sözçüsü Oleq Nikolenko adından yayılan məlumatda deyilir.