Ukrayna vitse baş naziri  - Kiyev Moskvaya Mariupolun təhvil verilməsi məsələsinə baxılmayacağını bildirir
Ukrayna vitse baş naziri - Kiyev Moskvaya Mariupolun təhvil verilməsi məsələsinə baxılmayacağını bildirir

Ukrayna hakimiyyəti Mariupolu Rusiyaya verməkdən imtina edib. Ukrayna vitse baş naziri İrina Vereşçukun sözlərinə görə, Kiyev artıq Moskvanı məlumatlandırıb ki, şəhərin təslim edilməsi ilə bağlı heç bir məsələyə baxılmır. Məlumatı “BBC” yayıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi yerli vaxtla saat 05:00-a qədər Mariupolda möhkəmləndirilmiş ukraynalı döyüşçülərə təslim olmağı təklif etmişdi. Rusiya Müdafiə Nazirliyi bu təklifə yazılı cavab veriləcəyi təqdirdə yerli vaxtla səhər saat 10:00-a qədər əhali üçün humanitar dəhlizlərin açılacağını bildirib.

Rusiyanın Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib ki, yerli məmurlar təslim şərtləri ilə razılaşmasalar, onları “hərbi tribunal” gözləyir.