Ukrayna və Suriya prezidentləri ölkələr arasında diplomatik münasibətlərin bərpası məqsədilə, birgə kommünike imzalayıblar
Ukrayna və Suriya prezidentləri ölkələr arasında diplomatik münasibətlərin bərpası məqsədilə, birgə kommünike imzalayıblar. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazır və suriyalı həmkarı Ahmed al-Şaraa ilə görüşünün görüntülərini yayır.
Zelenskinin yazdığı kimi, Ukrayna sabitlik yolunda Suriya xalqını dəstəkləməyə hazırdır.
“Suriya Prezidenti Ahmed al-Şaraa ilə danışıqlar zamanı biz həmçinin əməkdaşlığın inkişafı üçün perspektivli sektorları, hər iki ölkənin üzləşdiyi təhlükəsizlik təhdidlərini və onlarla mübarizənin vacibliyini ətraflı şəkildə müzakirə etdik. Biz münasibətlərimizi qarşılıqlı hörmət və etimad əsasında qurmağa dair razılaşdıq” – Zelenski yazır.