Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyasında atəşin müvəqqəti dayandırılması barədə razılığa gəliblər
Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyasında atəşin müvəqqəti dayandırılması barədə razılığa gəliblər

Ukrayna və Rusiya Zaporojye Atom Elektrik Stansiyasında atəşin müvəqqəti dayandırılması barədə razılığa gəliblər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin mətbuat xidmətinin məlumatına görə, bu qərar ehtiyat elektrik ötürücü xətlərin təmir edilməsi və ehtiyat elektrik təchizatının bərpası məqsədilə qəbul edilib.

Rusiya rəsmi şəxslərinin bildirdiyinə görə, təmir işləri ən azı bir həftə çəkəcək.

Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyinin mətbuat xidmətinin məlumatına görə, Zaporojye Atom Elektrik Stansiyasının ərazisində radiasiya səviyyəsi normal hədlərdədir.