Ukrayna və Rusiya nümayəndələrinin Cenevrədə ikitərəfli görüşü keçirilib
Cenevrədə əsas danışıqlar başa çatdıqdan sonra Ukrayna və Rusiya nümayəndələri ikitərəfli görüş keçiriblər.
Ukrayna mediası bu haqda məlumatı Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerovun mətbuat katibinə istinadən yayır.
Görüşdə hər iki nümayəndə heyətinin rəhbəri Rustem Umerov və Vladimer Medinski iştirak ediblər.
Ukrayna mediasının yazdığı kimi, görüş təxminən bir saat yarım davam edib, hərçənd tərəflərin hansı mövzuları müzakirə etdiyi məlum deyil.
Bundan əvvəl “Axios” nəşri mənbələrə istinadən Ukrayna, ABŞ və Rusiya arasında danışıqların dalana dirəndiyini yazmışdı. Nəşrin məlumatına əsasən, danışıqların dalana dirənməsi Rusiya nümayəndə heyətinin rəhbəri Vladimer Medinskinin təqdim etdiyi mövqe ilə bağlı olub.