Ukrayna və Rusiya nümayəndələri arasında danışıqların üçüncü raundu 7 martda keçiriləcək

21:48, 05.03.2022

Ukrayna və Rusiya nümayəndələri arasında danışıqların üçüncü raundu 7 martda keçiriləcək. Ukrayna mediasının məlumatına görə, qeyd olunan barəsində məlumatı “Xalqın Xidmətçisi” fraksiyasının lideri, David Aramiya yayır.

“Danışıqların üçüncü raundu bazar ertəsi keçiriləcək”, – David Araxamiya öz “feysbuk” səhifəsində yazır.

Danışıqların növbəti raundunun harada keçirilməsi hələlik məlum deyil. Əvvəlki iki raund Rusiya və Ukrayna nümayəndələri arasında Belarus ərazisində keçirildi.

 

Oxşar