Ukrayna və Rusiya əsirləri dəyişiblər. Mübadilə çərçivəsində 183 sıravi əsgər, bir çavuş və iki zabit daxil olmaqla 185 əsgər Ukraynaya qayıdıb.
Sərbəst buraxılanlar arasında Silahlı Qüvvələrin, Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin əsgərləri var. Əsgərlərlə yanaşı, 20 ukraynalı mülki şəxs də Rusiyanın əsirliyindən azad edilib. Azad edilənlərin ən kiçiyinin 26, ən böyüyünün isə 59 yaşı var.
“Əsgərlərimiz Mariupolda, Azovstalda və Çernobil Atom Elektrik Stansiyasında idilər. Onların əksəriyyəti 2022-ci ildən əsirlikdə idi və indi nəhayət evdədirlər” – Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.