Ukrayna və Qrenlandiya məsələləri ilə bağlı hazırlanmış reportajlardan sonra Donald Tramp “CBS News”un lisenziyasının dayandırılmasını tələb edir
Ukrayna və Qrenlandiya məsələləri ilə bağlı hazırlanmış reportajlardan sonra Donald Tramp “CBS News”un lisenziyasının dayandırılmasını tələb edir.
ABŞ Prezidenti deyib ki, teleşirkətin “60 Dəqiqə” verilişi onun adını alçaldıcı və böhtan xarakterli şəkildə çəkir.
Donald Trampın bəyanatına əsasən, teleşirkət, onun rəhbərliyi ilə ABŞ-ı yalançı, qeyri-dəqiq və fırıldaqçı kimi təqdim edir.
“Onlar “xəbər şousu” deyil, sadəcə olaraq “yeni xəbər” adı ilə maskalanmış vicdansız siyasi oyunçulardır və etdiklərinə və etməyə davam etdiklərinə görə cavab verməlidirlər. Onlar lisenziyalarını itirməlidirlər. Ümid edirik ki, Federal Rabitə Komissiyası (FCC) çox hörmətli sədri Brendan Karinin rəhbərliyi altında qanunsuz davranışlarına görə əhəmiyyətli olan maksimum cərimələr və cəza tətbiq edəcək. “CBS” indiyə qədər görünməmiş səviyyədə nəzarətdən çıxıb və onlar bunun üçün ağır bədəl ödəməlidirlər” – Donald Tramp yazıb.