Ukrayna və Moldova prezidentləri 19 iyulda Gürcüstana səfər edəcəklər
Ukrayna və Moldova prezidentləri 19 iyulda Gürcüstana səfər edəcəklər

Ukrayna prezidenti Vladimir Zelenski və Moldova prezidenti Maia Sandu 19 iyulda Gürcüstana səfər edəcəklər. Onlar Batumi Beynəlxalq Konfransında iştirak edəcəklər.

Konfrans Gürcüstan, Ukrayna və Moldovanın “Assosiasiya Üçlüyü” daxilindəki razılaşmaya həsr edilib.

Qeyd edək ki, Avropa Şurasının prezidenti Şarl Mişel də Batumi Beynəlxalq Konfransında bir çıxış edəcək. Şarl Mişelin Gürcüstan, Moldova və Ukrayna prezidentləri ilə ortaq görüşü planlaşdırılır, bundan sonra mətbuat konfransı keçiriləcək.

Səfər çərçivəsində Avropa Şurasının prezidenti Gürcüstan Prezidenti Salome Zurabişvili və Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə ikitərəfli danışıqlar aparacaq.