Ukrayna və Moldova Avropa İttifaqına üzvlük danışıqlarının altıncı klasterini iyulun 14-də açacaqlar
Avropa İttifaqının 27 ölkəsi Ukrayna və Moldova ilə üzvlük danışıqlarının yeni mərhələsinə başlamaq barədə yekdilliklə razılığa gəlib.
“Euronews”un məlumatına əsasən, bu gün keçirilən görüşdə səfirlər xarici əlaqələri əhatə edən altıncı klasterin açılması ilə bağlı ortaq mövqeyi dəstəkləyiblər.
Qeyd olunan məlumatı hazırda Avropa İttifaqı Şurasına sədrlik edən İrlandiya təsdiqləyib.
Rəsmi mərasimlər iyulun 14-də Brüsseldə ayrı-ayrılıqda keçiriləcək.
“Euronews”un məlumatına əsasən, bu qərardan sonra dörd klaster hələ də müzakirə olunmalıdır: ikinci klaster (daxili bazar), üçüncü klaster (rəqabətqabiliyyətlilik və inklüziv böyümə), dördüncü klaster (yaşıl gündəm və davamlılıq) və beşinci klaster (resurslar, kənd təsərrüfatı və birlik).
Avropa Komissiyası hesab edir ki, həm Ukrayna, həm də Moldova texniki cəhətdən onların hamısını açmağa hazırdır.
Lakin xatırladaq ki, Macarıstanın Baş naziri Peter Madiar bunun “sürətləndirilmiş üzvlüyə” bərabər olacağını və Qərbi Balkan ölkələri ilə üzvlük danışıqlarına zərbə vuracağını bəyan edirdi.