Ukrayna və ABŞ tərəfindən işlənilib hazırlanmış sülh planına əsasən, Ukrayna qeyri-nüvə dövləti olaraq qalacaq, sülh dövründə isə silahlı qüvvələrin sayı 800 000 əsgər səviyyəsində müəyyən ediləcək
Ukrayna və ABŞ tərəfindən işlənilib hazırlanmış sülh planına əsasən, Ukrayna qeyri-nüvə dövləti olaraq qalacaq, sülh dövründə isə silahlı qüvvələrin sayı 800 000 əsgər səviyyəsində müəyyən ediləcək

 

Ukrayna və ABŞ tərəfindən işlənilib hazırlanmış sülh planına əsasən, Ukrayna qeyri-nüvə dövləti olaraq qalacaq, sülh dövründə isə silahlı qüvvələrin sayı 800 000 əsgər səviyyəsində müəyyən ediləcək. Bu haqda Ukrayna və ABŞ tərəfindən birgə hazırlanmış 20 bəndlik sülh planında deyilir.

Ukrayna Prezidenti Volodimir Zelenski sülh planını təqdim edib.

Zelenski bunun müharibəni bitirməyin əsas sənədi olduğunu və Rusiyanın dekabrın 24-də Amerika tərəfi ilə görüş zamanı bu plana reaksiya verməli olduğunu vurğulayıb.

Həmçinin, Ukrayna Prezidenti qeyd edib ki, Ukrayna həssas, xüsusən də ərazi məsələlərini müzakirə etmək üçün liderlər səviyyəsində Amerika Birləşmiş Ştatları ilə görüşməyə hazırdır.