Ukrayna və ABŞ rəsmiləri Ər-Riyadda danışıqların növbəti raundunu keçirirlər
Ukrayna və ABŞ rəsmiləri bu gün Ər-Riyadda danışıqların növbəti raundunu keçirirlər. Media bu məlumatı “France Presse”ə istinadən yayır.
Görüş ABŞ və Rusiya nümayəndə heyətlərinin Ukraynada qismən atəşkəs məsələsi ilə bağlı görüşünün ikinci günündə keçirilir.
“Biz yenə amerikalılarla işləyirik” – Ukrayna nümayəndə heyətinin üzvü kütləvi informasiya vasitələrinin kiçik bir qrupuna, o cümlədən beynəlxalq “France Presse” agentliyinə deyib.
ABŞ-Ukrayna danışıqlarının birinci raundu bazar günü, martın 23-də keçirilib.