“Ukrayna üçün istehsal et” kampaniyası çərçivəsində göndəriləcək ilk yük hazırdır
“Ukrayna üçün istehsal et” genişmiqyaslı kampaniyası çərçivəsində humanitar yardımın ilk partiyası Ukraynaya göndərilməyə hazırdır. Məlumatı İqtisadiyyat Nazirliyi yayıb.
“Şirkətlərin tədarük etdiyi məhsullar qablaşdırılaraq maşınlara yüklənir. İlk göndəriş bu günlərdə olacaq. Bunlar ilkin ehtiyaclar, dərmanlar, uşaq qidaları, uşaq paltarları və digər zəruri məhsullardır. Belə fəal iştirak və dəstəyə görə gürcü şirkətlərinə çox sağ olun”, – “Gürcüstanda istehsal et” agentliyinin direktoru Mixeil Xidureli bildirib.
Agentliyin məlumatına görə, “Gürcüstanda istehsal et” agentliyinin bir neçə gün əvvəl Ukrayna xalqına yardım məqsədilə başlatdığı “Ukrayna üçün istehsal et” kampaniyası davam edir.