Ukrayna tərəfinin təşəbbüsü ilə Maka Bocorişvili və Andrei Sibiqa arasında telefon danışığı aparılıb
Ukrayna tərəfinin təşəbbüsü ilə Maka Bocorişvili və Andrei Sibiqa arasında telefon danışığı aparılıb

 

2026-cı ilin mayın 6-da Ukrayna tərəfinin təşəbbüsü ilə Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili ilə Ukraynanın xarici işlər naziri Andrei Sibiqa arasında telefon danışığı aparılıb.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Onların məlumatında söhbət zamanı Gürcüstan-Ukrayna münasibətlərinin müzakirə olunduğu, dialoqun əhəmiyyəti və bu istiqamətdə sonrakı addımların vurğulandığı deyilir.

Xatırladaq ki, Andrei Sibiqa və Maka Bocorişvili arasında həmçinin Yerevanda Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində görüş keçirilib.