Ukrayna tərəfinin məlumatına görə, ruslar Baxmut yaxınlığındakı evi bombaladılar, azı altı nəfər həlak oldu
Ukrayna tərəfinin məlumatına görə, ruslar Baxmut yaxınlığındakı evi bombaladılar, azı altı nəfər həlak oldu

Ruslar Baxmut şəhəri yaxınlığındakı Çasov Yarış kəndində beşmərtəbəli yaşayış binasını bombaladıar. Yerli hakimiyyət orqanlarının məlumatına görə, azı altı adam həlak oldu , beş nəfər yaralandı.

Bundan əlavə, evin xarabalıqları altında ən azı 34 nəfər qalıb. Xilasetmə əməliyyatları davam etdirilir.

“Evin iki girişi tamamilə uçdu. Hadisə yerində xilasedicilər işləyirlər, xarabalıqları altında qalanları xilas etməyə çalışırlar. Yerlilərin deidyinə görə, orada güman edildiyinə görə, 34 nəfər qalıb, o cümlədən doqquz yaşlı uşaq”, – Donetsk qubernatoru, Pavel Kirilenko yazır.

Onun sözlərinə görə, xilasedicilər dağıntılar altında olan iki nəfərlə əlaqə yarada bildilər. Pavel Kirilenko bəyan edir ki, beşmərtəbəli yaşayış binası Rusiyanın “Urgan” raketləri ilə vurulub.