Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın Kiyevə hücumu nəticəsində Ukraynanın paytaxtında Nazirlər Kabinetinin binası yanır
Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın Kiyevə hücumu nəticəsində Ukraynanın paytaxtında Nazirlər Kabinetinin binası yanır

Rusiyanın Kiyevə hücumu nəticəsində Ukraynanın paytaxtında Nazirlər Kabinetinin binası yanır. Dron qalıqlarının düşməsi səbəbindən Ukraynanın Nazirlər Kabinetinin binasında yanğın baş verib. Məlumatı Kiyev meri yayıb.

“Peçora rayonunda, ehtimal ki, pilotsuz uçuş aparatının vurulması nəticəsində hökumət binasında yanğın baş verib. Yanğınsöndürənlər hadisə yerində işləyirlər”, – deyə Kliçko yazıb.

Kliçkonun sözlərinə görə, Kiyevin Svyatoşin rayonunda da anbar binalarında yanğın var. Orada da fövqəladə xidmətlər çalışırlar.

Xatırladaq ki, gecə ərzində Rusiya Ukrayna ərazisinə daha bir genişmiqyaslı hava hücumu həyata keçirib. Hədəf Kiyev, Odessa, Dnepr, Zaporojye və Krivoy Roq olub.