Ukrayna tərəfinin məlumatına görə, Rusiya hücumu nəticəsində Kiyev vilayətində bir nəfər həlak olub, yaralananlar var
Kiyev vilayətində Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb – bu barədə Kiyev Regional Administrasiyasının rəhbəri Nikolay Kalaşnik Telegram kanalında yazıb. Ukrayna tərəfinin məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib. Bir neçə mərtəbəli binalar və şəxsi evlər zədələnib. Rayonlardan birində yerləşən zavodda yanğın baş verib və hazırda yanğının söndürülməsi üzrə işlər aparılır.
Ukrayna mediasının məlumatına görə, Rusiya Ukraynaya qarşı 273 pilotsuz uçuş aparatı ilə genişmiqyaslı hava hücumu təşkil edib. Ukraynanın hava qüvvələri bu dronlardan 88-ni məhv edə bilib.
Məlumata əsasən, hücum nəticəsində Kiyev vilayəti ilə yanaşı, Dnepropetrovsk və Donetsk vilayətləri də zərər çəkib.