Ukrayna tərəfinin məlumatına əsasən, Rusiyanın qüvvələri Dnepropetrovsk vilayətinə hücum ediblər, 4 nəfər yaralanıb, infrastruktur obyektlərinə ziyan dəyib

13:46, 13.03.2025

 

Rusiyanın qüvvələri Dnepropetrovsk vilayətinə hücum ediblər, 4 nəfər yaralanıb, Dnipro şəhəri və Samarovski rayonunda infrastruktur obyektləri və yaşayış binalarına ziyan dəyib.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, çox mənzilli yaşayış evi, yaşayış binası, inzibati bina, təsərrüfat tikililəri və bir neçə avtomobilə ziyan dəyib. Həmçinin, dəmir yolu enerji obyektləri də hədəfə çevrilib, bu səbəbdən bir neçə reysin cədvəl və marşrutu dəyişib.

Dnepropetrovsk vilayəti administrasiyasının rəhbəri Serqei Lisakın bəyanatına əsasən, hava hücumundan müdafiə qüvvələri bölgə üzərində 11 pilotsuz uçuş aparatını məhv edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin bəyanatına əsasən, Rusiya gecə Ukrayna istiqamətində “İsgəndər” ballistik raketi və 117 dron atıb. Hava hücumundan müdafiə qüvvələri 78 pilotsuz uçuş aparatını vurmağa müvəffəq olub.

Dnepropetrovsk vilayəti ilə yanaşı, Rusiya Sumi, Xarkov, Kiyev, Çerniqov, Odessa, Zaporojie vilayətlərinə də hücum edib.

Oxşar